Yanvarın 27-də Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun 66 yaşı tamam olur.
Əli Əhmədov özəl günündə təəssüratlarını qısaca olaraq Modern.az-la bölüşüb.
Baş nazirin müavini doğum gününü təmtəraqlı qeyd etməyi sevmədiyini bildirərək, edilən təbriklərə görə hər kəsə təşəkkürlərini çatdırıb.
Ə.Əhmədov geniş danışmaq istəməyib.
Qeyd edək ki, Əli Əhmədov 1953-cü il yanvarın 27-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.
1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında icra katibi seçilib. O, həmçinin ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilib.
2005-ci ilin martın 26-da YAP-ın III qurultayda sədirinin müavini və icra katibi seçilib.
22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir.
Evlidir, 2 övladı var.