Modern.az

Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi

Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi

Aktual

18 Avqust 2019, 11:30

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!