Modern.az

Yaponiyada 400-dən çox aviareys təxirə salındı

Yaponiyada 400-dən çox aviareys təxirə salındı

Aktual

22 Sentyabr 2019, 10:36

Yaponiyada güclü “Tapa” qasırğasına görə aviaşirkətlər 400-dən çox daxili reysi təxirə salıblar.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, həmin reyslərin əksəriyyəti Kyüşü adasından və geriyə - Fukuoka, Miyazaki, Naqasaki, Kaqoşima və Saqa aeroportlarına nəzərdə tutulan uçuşlardır.

 

Aviaşirkətlər səyahətçiləri reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi