Modern.az

Qasım Süleymani ilə vida mərasimi başladı

Qasım Süleymani ilə vida mərasimi başladı

Aktual

5 Yanvar 2020, 10:30

İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi başlayıb.

 

Modern.az İranın "Asriran" saytına istinadən xəbər verir ki, artıq generalın cənazəsi İrana gətirilib. Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək. 

 

Yanvarın 7-də isə general doğulduğu Kirman əyalətində dəfn ediləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar