Modern.az

\"Barselona\" Messinin qolu ilə qalıb gəldi

\

8 Mart 2020, 00:04

İspaniya La Liqasının 27-ci turunda "Barselona" - "Real Soseydad" qarşılaşması baş tutub.

 

Modern.az xəbər verir ki, "Kamp Nou"da keçirilən oyunda azarkeşlər bir qol görüblər.

 

"Barselona" 81-ci dəqiqədə Lionel Messinin penaltidən vurduğu qolla qalib gəlib. 

Bu Messinin cari mövsümdə La Liqada vurduğu 19-cu qol olub. O, hazırda İspaniya çempionatının bombardiridir.

 

Qeyd edək ki, aktivinə 3 xal yazan  Barselona" 58 xalla turnir cədvəlində liderliyi ələ keçirib. Katalonların zirvədə qalıb-qalmayacağı sabah keçiriləcək "Real Betis"-"Real Madrid" oyunundan asılı olacaq.

 

Turan İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...