Modern.az

Azərbaycan boksçusu dünya yığmasına çağırıldı

Azərbaycan boksçusu dünya yığmasına çağırıldı

İdman

23 Fevral 2026, 13:38

Rusiya paytaxtı Moskvada bu gün boks üzrə dünya yığması ilə yerli "Dinamo" komandası arasında görüş keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, qarşılaşmada ölkəmizin milli komandasının üzvü Səidcəmşid Cəfərov da iştirak edəcək.

Dünya komandasını təmsil edəcək boksçumuz 75 kq çəki dərəcəsində Moskva klubunun idmançısı Yeqor Şapoçanski ilə mübarizə aparacaq.(oxu.az)

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!