Modern.az

Türkiyənin 31 şəhərinə giriş-çıxış yenidən qadağan edildi

Türkiyənin 31 şəhərinə giriş-çıxış yenidən qadağan edildi

19 Aprel 2020, 11:19

Türkiyənin 30 vilayətinə və Zonquldak şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yeni qərarında deyilir.

 

Bu gecədən etibarən yenidən Ankara, Adana, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldaka quru, hava və dəniz yolu ilə giriş-çıxış qadağan olunur.

 

Qadağaya əməl etməyənlər hüquqi müstəvidə cəzalandırılacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!