Modern.az

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Aktual

4 İyun 2020, 09:40

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

 

Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

 

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi