Modern.az

Şəhid Nazim İsmayılovun anasına vədi - Video

Şəhid Nazim İsmayılovun anasına vədi - Video

Aktual

27 İyul 2020, 23:14

“Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.

 

Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:

 

“Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.

Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV