Modern.az

Azərbaycanlı jurnalist Trampın Ərdoğanla bağlı açıqlamasını belə ŞƏRH ETDİ

Azərbaycanlı jurnalist Trampın Ərdoğanla bağlı açıqlamasını belə ŞƏRH ETDİ

17 Avqust 2020, 18:06

“Ölkə liderləri mənə zəng edib, Ərdoğanla danışmağımı istəyirlər. Çünki Ərdoğanın sadəcə mənim sözümü dinlədiyini söyləyirlər”.

Modern.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Fox TV-yə müsahibəsində deyib.

“Ərdoğan kimi şahmat ustası ilə anlaşa biləcək bir prezidentə sahib olmalıyıq”-deyə Tramp əlavə edib.

İstanbulda yaşayan azərbaycanlı jurnalist İbrahim Nəbioğlu isə Trampın açıqlamasını belə şərh edib:

“Tramp həm Ərdoğanın gücünə və qərarlılığına vurğu yapır, onu təqdir edir, həm də Ərdoğanla ancaq onun dil tapdığını söyləyərək, seçkiqabağı təşviqat aparır. Sətirarası dediyi isə seçkilərdəki rəqibi Baydenin zəif namizəd olduğudur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı