Modern.az

Deputat Naxçıvanda əsgərlərlə görüşdü

Deputat Naxçıvanda əsgərlərlə görüşdü

Aktual

20 Avqust 2020, 16:38

Akademik İsa Həbibbəyli Naxçıvanda əsgərlərlə görüşüb

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə düşməndən azad edilərək fəth edilmiş Qızıl Qaya zirvəsində N saylı hərbi hissənin əsgərləri ilə görüşüb. 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi böyük uğurlardan bəhs edən akademik İsa Həbibbəyli əsgərlərlə hərbi vətənpərvərlik mövzusunda söhbət aparıb. Görüşdə Naxçıvan Əlahiddə Ordusunun əldə etdiyi uğurlardan da söz açılıb. 

 

Akademik İsa Həbibbəyli eyni zamanda son illərdə işğaldan azad edilmiş Günnüt kəndində olub, buradakı əsgərlərlə görüşüb. 

 

İsa Həbibbəyli əsgərlərin suallarına cavab verərək onlara elmi-bədii ədəbiyyatlar verib və ərzaq yardımı edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı