Modern.az

“Bu gün xalqımız üçün əlamətdar gündür” - Fəzail Ağamalı

“Bu gün xalqımız üçün əlamətdar gündür” - Fəzail Ağamalı

Aktual

26 Avqust 2020, 15:14

“Bu gün çox böyük dəyər verdiyim, rəğbət bəslədiyim Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın doğum günüdür. Ona görə də bu gün Azərbaycanı sevən hər bir vətəndaşımızın sevinc günüdür”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum gününü təbrik edərkən deyib.

 

Deputat bildirib ki, Tanrı zamanında və vaxtında bizə belə istedadlı, vətənini və dövlətini sevən xeyirxah xanımı dünyaya bəxş edib:

 

“Bu gün xalqımız üçün əlamətdar gündür. Fürsətdən istifadə edib Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və uğurlar diləyirəm. Arzu edirəm ki, nəvələrinin toyunu görsün, evinə gəlin gətirsin. Çünki Heydər Əliyev bu gün gənc olaraq böyüyür. Oğul toyu görmənin sevincini yaşasın. Bir daha Mehriban xanımı təbrik edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı