Modern.az

Məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək

Məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək

Aktual

27 Avqust 2020, 17:38

“Sanitar gigiyenik normaların hazırlanması ilə bağlı iş gedir. Şagirdlər və müəllimlər tərəfindən tibbi maskalardan istifadə edilməsi, şagirldərin hərarətinin ölçülməsi və hərarət yüksək olarsa, müvafiq addımların atılması və bunlarla bağlı valideynlərlə söhbətlərin aparılması tövsiyə olunur”.

Modern.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, koronavirusu əks etdirən məlumatların şagirldərə təqdim edilməsində fayda var:

“Eyni zamanda, kütləvi toplaşma məkanları da önəmli məsələdir. İstər bufetlər, istərsə də ayrı-ayrı zalların açılmasını planlaşdırırıq. Böyük ehtimalla bədən tərbiyəsinin necə keçirlməsi ilə qərar verilməlidir. Bufetlərin hansı formada fəaliyyət göstərməsi barədə də düşünürük. Qısa zaman ərzində ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Nazir deyib ki, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

E.Əmrullayevin sözlərinə görə, pandemiya kəskinləşərsə məktəblərin bağlanması lokal xarakter daşıyacaq.

O bildirib ki, bütün təhsil müəssisələrinin yox, kütləvi yoluxmalar olan təhsil müəssisələri bağlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı