Modern.az

BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi

BMT Baş Assambleyasının sədri Azərbaycana təşəkkür etdi

Aktual

1 Sentyabr 2020, 10:22

BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə əlaqədar Azərbaycana təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, T.Məhəmməd-Bande deyib ki, pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsi dünya liderlərinin pandemiyaya qarşı cavab tədbirlərində daha çox iştirakını təmin edəcək.

 

“Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək. Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı