Modern.az

Fərid Şəfiyev: “Bu üçlüyün əməkdaşlığı açıq türkofobiya xarakterlidir”

Fərid Şəfiyev: “Bu üçlüyün əməkdaşlığı açıq türkofobiya xarakterlidir”

4 Sentyabr 2020, 12:36

“Yunanıstan, Kipr və Ermənistan üçlüyünün  əməkdaşlığı açıq şəkildə türkofobiya  xarakteri daşıyır”.

Modern.az-ın xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigosu qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Fərid Şəfiyevin sözlərinə görə, onsuz da Azərbaycan qazı Avropaya gedib çıxacaq:  “Bu ilin sonunda bu baş verəcək. Təbii ki, Azərbaycan qazının  bazarı İtaliya və digər ölkələrdir. Yunanıstan Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyib-istəməməsi ilə bağlı özü seçim etməlidir. Çünki  Yunanıstan Kipr və Ermənistanın əməkdaşlığı  açıq şəkildə türkofobiya xarakteri daşıyır. Bu türkofobiya xarakteri həm Türkiyəyə,  həm də Azərbaycana  qarşıdır. Cənab  prezident bunu açıq şəkildə bəyan edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı