Modern.az

Quba sakinindən silah götürüldü

Quba sakinindən silah götürüldü

5 Sentyabr 2020, 09:50

Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putini BİABIR ETDİ - Moskvada gərgin anlar