Modern.az

At fermasına PUA hücumu oldu

At fermasına PUA hücumu oldu

Dünya

2 Aprel 2026, 13:59

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Zaporojye vilayətinin Akimovka bələdiyyə dairəsində yerləşən at fermasına hücum edib.

Modern.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Yevgeni Balitski məlumat verib.

Onun sözlərinə görə, zərbə məqsədli şəkildə endirilib və hücumda azı 10 pilotsuz uçuş aparatı iştirak edib.

Hadisə nəticəsində fermada olan 14 at tələf olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...