“Milli Məclisin sədri Sahibə Qafarovanın ilk xarici səfəri başa çatıb. Qardaş Türkiyəyə rəsmi səfər artıq gözəl ənənəyə çevrilib”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri bildirib ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir:
“Hesab edirəm ki, Türkiyəyə səfər zamanı ən yüksək səviyyədə keçirilmiş görüşlər ona dəlalət edir ki əlaqələrimiz yüksək müstəvidədir. Bu həmişə belə olub. Son zamanlar isə bu münasibətlər daha da inkişaf edib”.