Modern.az

Səməd Seyidov iclasların onlayn keçirilməməsinin səbəbindən DANIŞDI

Səməd Seyidov iclasların onlayn keçirilməməsinin səbəbindən DANIŞDI

Aktual

14 Sentyabr 2020, 12:19

“İclasların onlayn keçirilməsi onun təhlükəsizliyini tam təmin edə bilməz”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında çıxış edən komitə sədri Səməd Seyidov deyib.

O bildirib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclaslarını onlayn keçirmək düzgün deyil:

“Jurnalistlər Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatın, 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində zalda ola bilər. Cari məsələlərin müzakirəsini isə jurnalistlərin iştirakı olmadan keçirəcəyik”.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı