Modern.az

Məhəbbət Tanrıçasından həyəcanlı XƏBƏRLƏR

Məhəbbət Tanrıçasından həyəcanlı XƏBƏRLƏR

15 Sentyabr 2020, 01:32

İbrahim Nəbioğlu

 

Nəhayət ki, 2020-də yaxşı bir xəbər eşitdik. Venerada həyat izlərinə raslayıb alimlər. Mərkəzi Londonda olan və 1820-də qurulmuş Kraliyyət Astronomiya Cəmiyyəti (Royal Astronomical Society, RAS) Veneranın səthindən 50-60 km yüksəklikdə fosfin tapıldığını xəbər verir. Bulunacağı təqdirdə mikroorganizmlərin məhz bu yüksəklikdə yaşadıqları təxmin edilir. Çünki Veneranın səthi çox istidir - orta temperatur 462 dərəcədir (Günəş sisteminin ən isti planetidir).

 

Bir çoxları həyatla bağlı ilk işarələrin Yupiterin peyki olan Europadan çıxacağını təxmin edirdilər. Ancaq xəbər yenə də Yupiter kimi uzaqlardan - məhəbbət Tanrıçasının adı verilmiş Veneradan gəldi.

 

Planetdə tapılan fosfin bir növ kimyəvi birləşmədir. Onun mövcudluğu yüzdə yüz həyatın olmasına sübut olmasa da, ciddi bir ehtimal deməkdir. Başqa sözlə fosfinin tapılması böyük elmi kəşfdir. Və indi bütün gözlər RAS-dan gələn açıqlamalara çevrilib.

 

Başda İlon Mask olmaqla bir çox "marsçılar" bu xəbərlə "mars oldular" sanki. Mən də özümü "mars olmuş" kimi hiss etdim bir az əvvəl. Ancaq tezcənə sakitləşdim, çünki "İlin ən yaxşı xəbəri" raketlərin istiqamətinin Marsdan Veneraya döndərilməsi demək deyil təbii ki. Venera Günəş sisteminin ən uzaq planetlərindəndir və ora insan daşıyacaq taketlər və raket yanacağı hələ mövcud deyil. Ancaq sevdiyim bir deyimimi burada yenə təkrar etmək istəyirəm:

  • Gələcəko çox tez gələcək.

"Koronavirusla baş edə bilməyən Elm Dünyasının Venerada nə işi var?" deyənlər tapıldı o saatca. Astroloqlar isə Veneranın 6 sentyabrda Aslan bürcünə girdiyini və 3 oktyabra qədər orada olacağını yazır və yay eşqlərini tapa bilməyənlərin payızda aşiq olacaqlarını deyirlər. Lakin biz bədbinlərə, elmin təntənəsinə inanmayanlara baxmayaq, falçı və qoroskoplara meyl etməyək. Bəşəriyyətin gələcəyinin və əzəl mübtədasının Elm olduğunu unutmayaq:

 

- Gələcək Elmlə gələcək!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır