“Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri hazırda razılaşdırmadadır. Müvafiq orqanlar rəylərini verəndən sonra komitədə müzakirəyə çıxaracağıq”.
Bu fikirləri Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin iclasında müzakirə olunacaq məsələlərdən danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, payız sessiyası üçün komitə iclasının vaxtı məlum olmasa da, yeni qanun layihələri də hazırlana bilər:
“Mümkündür ki, cənab prezident tərəfindən komitəyə yeni qanun layihələri daxil olsun”.
Qeyd edək ki, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilsə də, nə yaz, nə də növbədənkənar sessiyada müzakirəyə çıxarılıb.