Modern.az

Xələf Xələfov: Azərbaycan-Türkiyə arasında viza rejimi ola bilməz

Xələf Xələfov: Azərbaycan-Türkiyə arasında viza rejimi ola bilməz

Aktual

16 Sentyabr 2020, 16:58

“Ölkələrimiz arasında münasibətlərin xarakteri, eləcə də dayanışma elə səviyədədiri ki, viza rejimi ola bilməz. Qarşlılıqlı olaraq vizanı arada qaldırmışıq. Sadəcə gediş- gəlişin asanlaşdırılmış formada həyata keçirilməsi üsulları var. Müəyyən tədbirlərin keçirilməsinə ehtiyac var. Qardaş Türkiyə bunu bir çox ölkələrlə kimlik üzərindən həyata keçirib”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xələf Xələfovun sözlərinə görə, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində bu məsələ aradan qaldırılıb:

“Biz dərhal bu məsələni qeydiyyata götürdük. İşçi səviyyəsində təmaslar qurduq. Bu məsələ məruzə olundu. Hazırda texniki baxımdan sənədləşmə işləri ilə məşğuluq. Yaxın zamanlarda praktik olaraq həyata keçməsinə nail olacağıq. Burada heç bir məhduiyyət yoxdur. Məsələni yoluna qoyacağıq ki, vətəndaşlar şəxsiyyət vəsiqəsilə gedib gəlsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı