“Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox böyük əhəmiyyət kəsb etməkdədir”.
Modern.az xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavininin sözlərinə görə, ikitərəfli əlaqələrin davamlı və uzunmüddətli olmasında iki ölkənin prezidentlərinin müstəsna rolu var:
“Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etməsini yüksək qiymətləndiririk. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir”.
X.Xələfov Azərbaycan-Türkiyə əlaqələrinin hərbi sahədə də ən yüksək səviyyədə olduğunu qeyd edib:
“Hər iki ölkə arasındakı sazişə uyğun olaraq, Silahlı Qüvvələrin iştirakı ilə hərbi təlimlər keçirilir. Bu da hər iki ölkənin Silhalı Qüvvələrinin inkişafına öz töhfəsini verir”.