“Biz hələ ki ancaq müğənnilərdən vergi tələb edə bilirik. İncəsənətin digər daşıyıcılarından vergi tələb edə bilmirik və bu sahədə ortaya müxtəlif problemlər çıxır”.
Modern.az xəbər verir ki, bunu deputat Nizami Cəfərov parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, elə etmək lazımdır ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin:
“Bununla bağlı təcrübəmiz var. Ən xırda detalları ilə bu gün bizim mədəniyyət abidələrimiz qorunmalıdır. İncəsənət əsərini bazara mütəxəssis çıxarmalıdır”.