Modern.az

Daha 39 şagirddə koronavirus aşkarlandı

Daha 39 şagirddə koronavirus aşkarlandı

Aktual

28 Sentyabr 2020, 15:37

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində isə yüksək hərarət qeydə alınmayıb.

 

Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

 

İndiyə qədər ölkə üzrə bir məktəb, 12 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

 

Azərbaycanda son iki gündə 39 şagird koronavirusa yoluxub
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı