“Fransa erməni təəssübkeşliyini davam etdirir və Ermənistanı açıq müdafiə edir”. Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Fazil Mustafa deyib.
O bildirib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşmasını tələb etməlidir:
“Bu tələbi bütün tribunalardan səsləndirməliyik. Ora ən azı obyektiv mövqe tutan dövlət gətirilməlidir”.