Modern.az

Azərbaycanlı deputat: “Makronun fikirlərini rədd edirik!”

Azərbaycanlı deputat: “Makronun fikirlərini rədd edirik!”

2 Oktyabr 2020, 12:02

“Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tural Gəncəliyev deyib.


O bildirib ki, parlament kürsüsündən Makrona müraciət edir:

“Əgər onun doğulub-böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun ardında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə gəstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir  yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?