Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı parlamentin bugünkü iclasında təkliflə çıxış edib.
Modern.az xəbər verir ki, deputat Azərbaycandakı müxtəlif dini icmaların birgə bəyanat verməsinin vacibliyini vurğulayıb:
“Düzdü, Qarabağ müharibəsi başlayanda müxtəlif dinlərin rəhbərləri Allahşükür Paşazadə ilə birgə bəyanat veriblər. Hesab edirəm ki, indiki məqamda müxtəlif dini rəhbərlərin birgə bəyanatının səslənməsi çox önəmlidir”.