Modern.az

Milli Məclisin Sədri: “Digər rayonlarımızın azad ediləcəyi gün uzaqda deyil”

Milli Məclisin Sədri: “Digər rayonlarımızın azad ediləcəyi gün uzaqda deyil”

Aktual

6 Oktyabr 2020, 11:17

“Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir”

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, daha böyük uğurlar bizi gözləyir: “Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?