Modern.az

NATO PA Azərbaycana nə cavab verib? - Deputat narazıdır

NATO PA Azərbaycana nə cavab verib? - Deputat narazıdır

8 Oktyabr 2020, 12:14

“Azərbaycanın əməkdaşlıq etdiyi, üzvü olduğu bütün beynəlxalq təşkilatlara, o cümlədən də NATO PA-ya erməni vandalizmi, erməni təxribatları ilə bağlı müraciətlər edilib”.

 

Bunu Modern.az-a Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.

 

O bildirib ki,  bu dəfə onlar bir qədər fərqli olaraq NATO PA-ya azğınlaşmış erməni təxribatını əks etdirən mətn göndərilib:

 

“Bu təxribatın, vandalizmin  nəticəsi olaraq müraciətlərimiz, bəyanatlarımız yenilənib. Dostluq qruplarının ayrı-ayrı üzvlərinə, digər beynəlxalq təşkilatlara müraciətlər etmişik.

 

Əgər beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işinə laqeyd yanaşırsa, 30 il də bundan sonra  danışıqlar yolu ilə həll olunacağını deyirlərsə,  Ermənistan bu zaman  daha çox təxribat törətmiş olacaq.

 

Azərbaycan xalqı və dövləti buna dözə bilməz. Dövlətimizin gücü,  xalqımızın birliyi, Ali Baş Komandana inamı da var. Hazırkı Azərbaycan ordusunun Ermənistanın təxribatına qarşı həyata keçirdiyi əks-əməliyyat barədə də beynəlxalq təşkilatlara məlumat verilib”.

 

Məlahət İbrahimqızı müraciətlərə verilən cavablardan da söz açıb:

 

“Müraciətlərdə hər dəfə eyni cavabla rastlaşırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. İki qonşu dövlət arasındakı konflikt sülh yolu ilə həll olunsun. 30 ildir ki eşitdiyimiz sözlərdir.

 

İndiki halda isə çox sərt müraciət ünvanlamışıq. Sərt o mənada ki dəfələrlə Ermənistanın işğalçılıq siyasətini pisləyən sənədlər, qətnamələr qəbul olunub. Amma heç birinə reaksiya olmayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?