Modern.az

“Moldova mətbuatı Gəncə qətliamını geniş işıqlandırıb” – Səfir

“Moldova mətbuatı Gəncə qətliamını geniş işıqlandırıb” – Səfir

17 Oktyabr 2020, 12:52

Moldova mətbuatı dünən gecə Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş terror hadisələrindən yazıb. 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov məlumat verib.

Səfir bildirib ki, moldovalılar erməni vəhşiliyini kəskin şəkildə pisləyir:

 

"Moldova mətbuatı hadisələrə operativ və qərəzsiz yanaşır. Ali Baş Komandan İlham Əliyevin bugünkü xalqa müraciətinə də geniş yer verilib. Səfirlik olaraq ermənilərin saxta məlumatlar yaymasının qarşısını alırıq. Haqq səsimizi dünya ictimaiyyətinə operativ formada çatdırırıq". 

 

Qüdsi Osmanov Moldovanın keçmiş iqtisadi inkişaf naziri ölkəmizi dəstəkləmək üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə məktub ünvanladığını da qeyd edib.
 
 
 Səfir Moldova mətbuatında ölkəmiz barədə çıxan yazıların linkini də təqdim edib. 
 
 
 
 
 
 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!