Modern.az

Mustafa Şentop Ermənistanın Naxçıvana və Gəncəyə hücumundan DANIŞDI

Mustafa Şentop Ermənistanın Naxçıvana və Gəncəyə hücumundan DANIŞDI

19 Oktyabr 2020, 10:52

«Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağını düşünmürəm».

 

Modern.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

 

M.Şentopun sözlərinə görə, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın:

 

“Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllı ölkələrdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.

Mustafa Şentop bildirib ki, Gəncədə mülki əhalini atəşə tutmaq hərbi cinayətdir.

“Vaxt gələcək, Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək”.

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!