Modern.az

Azərbaycanda bu bələdiyyənin adı dəyişdirilir

Azərbaycanda bu bələdiyyənin adı dəyişdirilir

15 Dekabr 2020, 11:26

Azərbaycanda Şamaxı rayonunun Saqiyan kəndinin bələdiyyəsinin adı dəyişdirilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Belə ki, iclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə tutulur.

 

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, bu gün iclasda Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması da təsdiq edilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə