Modern.az

Neftin qiyməti artdı

Neftin qiyməti artdı

4 Mart 2021, 22:11

Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neftin may fyuçersi 4,6 faiz bahalaşaraq 67,07 ABŞ dollarından satılıb.

 

Modern.az xəbər verir ki, hərrac əsnasında “Brent” arada hətta 67,43 dollara yüksəlib.

 

Bu da əvvəlki sessiyanın bağlanışındakına nisbətən 5,2 faiz çoxdur.

 

WTI markalı neft isə 5,2 faiz bahalaşaraq 64,25 dollardan satılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi