Modern.az

Netanyahudan Avropa ölkələrinə çağırış - Müharibəyə qoşulun

Netanyahudan Avropa ölkələrinə çağırış - Müharibəyə qoşulun

Dünya

22 Mart 2026, 16:01

İsrailin Baş naziri Benjamin Netanyahu Avropa ölkələrini İrana qarşı hərbi qarşıdurmaya qoşulmağa çağırıb.

Modern.az yerli media orqanı Ynetin məlumatına istinadən xəbər verir ki, Netanyahu çıxışında İranın hərbi potensialının artdığını vurğulayıb və bunun Avropa üçün də təhlükə yaratdığını bildirib.

“İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar. Onların Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır”, – deyə o qeyd edib.

Netanyahu həmçinin bəzi ölkələrin artıq münaqişəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib. Lakin o, bu ölkələrin adlarını açıqlamayıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik son günlər daha da artıb və tərəflər arasında qarşılıqlı ittihamlar davam edir. Ekspertlər isə vəziyyətin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalını istisna etmirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?