Modern.az

Vətən Müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTO

Vətən Müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTO

Aktual

25 Mart 2021, 15:48

Vətən Müharibəsində şəhid olan Nadir Nadirlinin qız övladı dünyaya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat yayıblar. Körpənin şəhid atasının doğum günündə dünyaya göz açdığı bildirilib. Hazırda uşağın və anasının səhhəti normaldır.

Yeni dünyaya göz açan körpəyə atasının vəsiyyətinə görə Nadya adı verilib. 

Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

 

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə