Modern.az

"YAŞAT" Fondundan daha bir qazimizi yaşadacaq xeyirxah addım

Aktual

25 Mart 2021, 16:38

"YAŞAT" Fondu Vətən Müharibəsində ağır yaralanmış daha bir qazimizi Türkiyəyə müalicəyə göndərdi.

 

Modern.az xəbər verir ki, söhbət 23 yaşlı Alı Azər oğlu Qədirlidən gedir. Bu barədə saytımıza danışan qazinin atası, Şəki rayonunun Kiçik Dəhnə kənd sakini Azər Qədirov bildirib ki, oğlu müharibə başlayan gündən - sentyabrın 27-dən cəbhəyə gedib. Alı oktyabrın 16-da Suqovuşan ətrafında gedən döyüşlərdə onurğanın döş şöbəsindən qəlpə yarası alıb. Nəticədə Alının onurğa beyni tam zədələnib, qəlpə əməliyyat zamanı çıxarılsa da, fəsadları ağır nəticə verib. Alının aşağı ətraflarında hissiyyat və hərəkət  yoxdur. Beş aydır, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə alan Alının müalicəsi tam effekt vermədiyindən onun qonşu Türkiyədə reabilitasiya kursu keçməsi məqsədəuyğun hesab edilib.

 

Qazinin atası onu da bildirib ki, oğlunun qonşu və dost ölkədə müalicəsi üçün "YAŞAT" Fonduna müraciətləri qısa vaxt ərzində müsbət nəticə verib:

 

"Lazımi sənədləşmədən sonra Alı bu gün Fondun dəstəyilə Bakı hava limanından Türkiyənin İzmit şəhərinə yola düşdü. Alı ilə birgə ixtisasca həkim olan qızım Tubu da Türkiyəyə getdi".

 

Azər Qədirov oğlunun qonşu ölkəyə müalicəyə göndərilməsində əməyi olan hər bir kəsə minnətdarlıq edib. Ata ən böyük təşəkkürü isə "YAŞAT" Fondunu təsis edən Ali Baş Komandanımız İlham Əliyevə ünvanlayıb:

 

“Var olun, Cənab Prezident!”

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə