Modern.az

Rusiya altı ölkə ilə hava əlaqələrini bərpa edir

Rusiya altı ölkə ilə hava əlaqələrini bərpa edir

Aktual

25 Mart 2021, 21:04

Rusiya 1 aprel tarixindən Almaniya, Şri Lanka, Venesuela, Suriya, Tacikistan və Özbəkistana müntəzəm sərnişin uçuşlarını bərpa edir.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası ərazisində koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.

 

"1 aprel tarixindən Almaniyanın aviasiya rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Frankfurt-am-Mayn - Moskva - Frankfurt-am-Mayn marşrutunda həftədə beş dəfə, Frankfurt-am-Mayn - Sankt-Peterburq - Frankfurt-am-Mayn - həftədə üç dəfə, Moskva - Berlin - Moskva - həftədə beş dəfə, və Moskva - Frankfurt am Mayn - Moskva - həftədə üç dəfə olaraq müntəzəm uçuşlar bərpa ediləcək", - məlumatda deyilir.

 

Bildirilir ki, qeyd edilən tarixdən Rusiya və Azərbaycan arasında müntəzəm uçuşların sayı artırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə