Modern.az

Süveyş kanalında yük gəmisi ilişdi, hərəkət dayandırıldı

Süveyş kanalında yük gəmisi ilişdi, hərəkət dayandırıldı

Aktual

25 Mart 2021, 22:00

Misir hakimiyyəti hazırda Süveyş kanalında ilişərək hərəkət edə bilməyən yük gəmisinin ətrafında keçidin dibini dərinləşdirir.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Süveyş su yolu idarəsinin rəsmi nümayəndəsi Corc Safuat bildirib.

 

Problem tamamilə həll olunana qədər kanal boyunca hərəkət dayandırılıb. Artıq dünən axşam saatlarında ümumilikdə 15 milyon barel xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə