Modern.az

Türkiyə Rusiyadan peyvənd almaq üçün danışıqlara başladı

Türkiyə Rusiyadan peyvənd almaq üçün danışıqlara başladı

Aktual

26 Mart 2021, 00:09

Türkiyənin səhiyyə naziri Fahrettin Koca elmi şuranın iclasından sonra videomüraciət yayımlayıb.

 

Modern.az xəbər verir ki, nazir koronavirusa qarşı qələbə hissinin yüksəlməsi fonunda vətəndaşlara xəbərdarlıq edib və sayıqlığı itirməməyə çağırıb. O qeyd edib ki, mayın sonunadək ölkəyə 100 milyon dozalıq peyvəndin çatdırılması gözlənilir.

 

Bununla yanaşı, nazir Rusiyadan “Sputnik V” peyvəndinin alınmasi ilə bağlı bu ölkənin müvafiq qurumları ilə danışıqların başlandığını bildirib.

 

F.Koca pandemiyanın nə zaman bitəcəyinin məlum olmadığını da vurğulayıb.  

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə