Modern.az

Çin Böyük Britaniyaya qarşı yeni sanksiyalar tətbiq edib

Çin Böyük Britaniyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aktual

26 Mart 2021, 08:59

Çin Xalq Respublikasının Sintzyan-Uyğur Muxtar rayonunun ətrafında yaranmış vəziyyətlə bağlı "yalan və yanlış məlumatlar" yaydığına görə Böyük Britaniyanın 9 fiziki və dörd hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyi məlumat verib.

Açıqlamada sanksiya tətbiq olunan şəxslərin və ailə üzvlərinin Çinə girişlərinə, Çin vətəndaşları və qurumlarının sanksiya siyahısında olan şəxs və şirkətlərlə ticari əlaqələrinə qadağa qoyulduğu bildirlir.

 

XİN-in şərhində deyilir: "Çin əlavə tədbirlər görmək hüququnu özündə saxlayır".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə