Modern.az

Misirdə qatar qəzasında yaralananların sayı 100-ü keçdi

Misirdə qatar qəzasında yaralananların sayı 100-ü keçdi

26 Mart 2021, 20:58

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Məlumata görə, hadisə zamanı 32 nəfər həlak olub. Nazirliyin sözçüsü Xalid Muqahed qeyd edib ki, hadisə yerinə 74 təcili yardım maşını cəlb edilib.

 

Misirin Baş Prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, qəza ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

 

Hər iki qatarın maşinistləri saxlanılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə