Modern.az

Holandın transfer qiyməti açıqlandı

Holandın transfer qiyməti açıqlandı

26 Mart 2021, 22:54

“Borussiya Dortmund” Holandın transfer qiymətini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Almaniya klubu öz hücumçusuna görə 180 milyon avro tələb edir.

 

“Borussiya” rəhbərliyi bu qiymətin yay transfer pəncərəsində Holandı heyətinə qatmağa çalışan klubları qorxudacağına və hücumçunun öz komandasında qalacağına ümid edir.

 

Qeyd edək ki, futbolçu bu mövsüm çıxış etdiyi 49 oyunda 49 qol vurub. Holand daha çox "Barselona" klubunun maraq dairəsindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə