Modern.az

Fransada AstraZeneca peyvəndi ilə bağlı yeni qalmaqal

Fransada AstraZeneca peyvəndi ilə bağlı yeni qalmaqal

Aktual

7 Aprel 2021, 15:48

Fransada AstraZeneca peyvəndi olunduqdan 11 gün sonra 63 yaşlı şəxs vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Joal Crochetin ailəsi məsələ ilə bağlı polisə müraciət edib.

Mərhumun qardaşı açıqlamasında 7 martda AstraZeneca peyvəndin ilk dozası vurulduqdan yarım saat sonra şiddətli oynaq ağrısı hiss etdiyini, ardından tənəffüs problemi yaşadığını, martın 18-də isə dünyasını dəyişdiyini deyib.

 

Həkimlərin qaraciyərdə, böyrəklərdə və beyində qan laxtaları aşkar etdiklərini söyləyən Jean-Luc Crochet, qardaşının niyə öldüyünü təyin etmək üçün tibbi yoxlama aparılmalı olduğunu əlavə edib.

 

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat