Modern.az

Saatlı sakinindən odlu silah götürüldü

Saatlı sakinindən odlu silah götürüldü

Aktual

7 Aprel 2021, 18:56

Saatlı rayon sakinindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat