Modern.az

Azərbaycanlı tələbə 7 xarici universitetdən təqaüd QAZANIB

Azərbaycanlı tələbə 7 xarici universitetdən təqaüd QAZANIB

Aktual

8 Aprel 2021, 12:18

Tanınmış azərbaycanlı ixtiraçı, tələbə Reyhan Camalova dünyanın top universitetlərindən təqaüd qazanıb.

 Modern.az xəbər verir ki, bu haqda o, sosial media hesabında məlumat yayıb. R.Camalovanın təqaüd qazandığı universitetlərin siyasını təqdim edirik:

  1. STANFORD Universiteti
  2. PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar)
  3. DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə)
  4. BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
  5. AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şəxsdən biri olub.
  6. TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)
  7. TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)

Qeyd edək ki, Reyhan Camalovanın 2017-ci ildə  dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Bundan sonra savadı və istedadı ilə məşhurlaşan azərbaycanlı 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə “Forbes”  jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

Fidan Əli

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat