Modern.az

Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

9 Aprel 2021, 09:46

Aprelin 10-u Gürcüstanda matəm günü elan edilib.

 

Modern.az-ın xəbərinə görə, Gürcüstanın Baş nazirinin imzaladığı qərara əsasən, Abxaziya bölgəsində yaşayan və Gürcüstanın nəzarətindəki əraziyə keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi ölkədə matəmlə anılacaq. Matəm günü ilə əlaqədar 10 aprel saat 00:00-dan 11 aprel saat 11:00-dək ölkədə dövlət bayraqları endiriləcək.

 

Xatırladaq ki, bu il aprelin 7-də Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 Gürcüstan vətəndaşı Enquri çayında boğularaq ölüb. Onların cəsədləri daha sonra xilasedicilər tərəfindən tapılıb.

 

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat