Modern.az

Azərbaycan çempionu koronavirusdan öldü

Azərbaycan çempionu koronavirusdan öldü

9 Aprel 2021, 19:07

Poverliftinq idman növü üzrə Azərbaycan çempionu Vaqif İbrahimov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Gənclər və İdman idarəsi məlumat yayıb.

 

Məlumata görə, İbrahimov Vaqif Əhədağa oğlu 42 yaşında koronavirusdan dünyasını dəyişib.

 

Qeyd edilir ki, Vaqif İbrahimov poverliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olmuş, Respublika rekordçusu idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat