Modern.az

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq müzakirə olundu

Aktual

15 Aprel 2021, 15:38

Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat