Türkiyədə son sutkada 63 082 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb. Bununla da ölkədə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
Modern.az xəbər verir ki, bu gün Türkiyədə 289 nəfər infeksiyadan vəfat edib.
Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir, 3205 koronaviruslu xəstənin vəziyyəti ağırdır.
Türkiyədə indiyədək 4150039 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 591 550 nəfəri müalicə olunaraq sağalıb.